Çıxan xərclər

Rusiyada tehsil üçün hara nə qədər xərciniz çıxacaq?

Rusiyada təhsil zamanı sizin aşağıda göstərilən xərcləriniz çıxacaq. Bu göstərilən ödənişlər sizin tərəfinizdən qarşılanmalıdır.

Rusiyada illik təhsil haqqı ödənişləri.
Rusiyada təhsil zamanı hər bir universitetin özünə uyğun illik təhsil haqqı ödənişi var.
Bu illik ödənişlər hər nə qədər olursa olsun iki hissəyə bölünərək il ərzində yarı yarı ödənə bilər.
Məs: Universitetin illik təhsil haqqı 500 Dollar dəyərindədirsə siz bunu 2 yerə bölərək hər simestir 250 dollar olmaqla ödəyə bilərsiniz. Nəzərə alınki ildə iki simestir olur.
Rusiyada illik təhsil haqqılar adətən 400 dollar ilə 5000 dollar arası dəyişir,
Qiyabi təhsil zamanı illik təhsil haqqılar 20% və yaxud 30% qədər əyani təhsildən ucuz olur.
RUsiyada əyani təhsil zamanı illik təhsil haqqılar 700 dollardan başlayır (bu rəqəm ancaq ən ucuz Dağıstanda təhsilə aiddir) Lelinqrad, Moskva və s kimi böyük şəhərlərdə isə 3000 Dollar ilə 5000 dollar arası təhsil haqqılar dəyişir. (Digər kənar şəhərlərdə isə illik təhsil haqqılar 1400 dollar ilə 2500 dollar arası dəyişir)

Rusiyada təhsil zamanı yataqxana xərcləri.
Siz yalnız Rusiyada əyani təhsil almaq istəyirsinizsə yataqxana xərclərini fikirləşə bilərsiniz.
Çünki Rusiyada əyani təhsil zamanı siz il boyu Rusiya ərazisində qalacaqsınız. Yataqxanalar kamfortuna və universitetlə arasında olan məsafəyə görə müxtəlif qiymətlərə ola bilər.
Büdcənizdən asılı olaraq hər ay 45 dollar ilə 90 dollar arası hər hansısa yataqxanada qala bilərsiniz.

Rusiyada təhsil zamanı yolpulu xərcləri.
Yolpulu sizin gedəcəyiniz nəqliyat vasitəsindən asılı olaraq və yaxud Rusiyanın hansı ərazisinə gedəcəyinizdən asılı olaraq 10 manatla (on manat) və 400 manat (dörd yüz manat) arası dəyişə bilər.
Məsəl üçün: Dağıstana getmək Bakı avtovağzalından 10 AZN dəyərindədədir. (və yaxud Şamaxinkadan Taksi ilə 15 manata getmək olar)…
Lakin Digər uzaq ərazilərə avtobus və ya qatarla getmək 60 manatla 150 manat arası dəyişir.
Təyyarə biletləri isə alacağınız reysdən və klasdan asılı olaraq 200 manat ilə 400 manat arası dəyişməkdədir.

Rusiyada sığorta və qeydiyyat ödənişləri.
Bu ödənişlər əyani təhsil üçün lazım olur. Sığorta və Yaşamaq üçün qeydiyyat rüsümu ikisi birgə təxmini olaraq 100 dollar dəyərində olur.

Sənədlərin tərcümə təstiq və Xarici İşlər Nazirliyində apostili xərcləri.
Azərbaycanda hazırlanmalı bütün sənədlər SET şirkəti tərəfindən PULSUZ olaraq edilir.
Bu işlərə görə siz heç bir əlavə ödəniş ödəmirsiniz. Bir çox şirkətlər buna görə əlavə ödəniş alsada və yaxud bu işləri tələbənin özünə etdirsədə lakin SET şirkəti bütün bu sənədləşmə proseslərini özü edir. Yəniki bütün sənədlərin tərcümə və notarial təstiqi daha sonra xarici işlər nazirliyində apostil işlərini sizin yerinizə biz edirik. (Siz yalnız bizə bu işlər üçün bir ədəd etibarnamə verirsiniz)
Nəinki bu işlər hətda universitetdə vaxtından əvvəl qeydiyyatın edilməsi və qəbul sənədinin gətirilməsinə qədər şirkətimiz sizə tamami ilə əlavə ödənişsiz xidmət göstərir.

Şirkətimiz üçün xidmət haqqı ödənişi.
Rusiyada təhsil üçün şirkətimiz üçün ödənən xidmət haqqı 1200 manat ilə 5100 manat arası universitetdən və fakültədən asılı olaraq dəyişə bilər. Xidmət haqqı ödənişi yalnız ilk dəfə üçün tələbənin qəbul olduğu il ödənir və daha sonrakı illərdə təkrar olaraq bir daha ödənilmir. Ödənən ödəniş şirkətimiz üçün zəhmət haqqıdır və universitetlə heç bir əlaqəsi yoxdur.
Xidmət haqqı ödənişinə aşağıda göstərilən 12 xidmət daxildir.
1) Bütün sənədlərin tərcümə edilməsi.
2) Bütün sənədlərin notarial təstiqi.
3) Lazimi sənədlərin xarici işlər nazirliyində apostil edilməsi.
4) Sənədlərin universitetə göndərilməsi.
5) Karqo ödənişləri.
6) Universitetlə danışıqlar aparmaq və tələbə üçün qəbul almaq.
7) Qəbul sənədini tələbəyə təqdim etmək.
8) Qəbul olmuş tələbəni Rusiyaya yola salmaq. (Yola salma xidmətini çox zamanetmirik)
9) Yola salınmış tələbəni Rusiyada qarşılamaq.
10) Qarşılanan tələbəni universitetə aparıb qeydiyyat etmək və illik təhsil haqqın ödəməsinə yardım.
11) Tələbəni yataqxanaya yerləşdirmək və yataqxanaya qeydiyyat işlərinə kömək.
12) Oxuyacağı müddət ərzində ödənişsiz konsultasiya imkanı.